AFFA “ağ-qaralar”ı 2400 manat cərimələdi, dava salan futbolçusunu 5 oyun cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer liqanın 9-cu turunun matçları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Kəpəz” – “İnter” matçında “bankçılar”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. AzAL – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” matçında “qara-qırmızılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Görüşün 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” matçında meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub. Ev sahibi qarşılaşmada təhlükəsizliyi tam təmin etmədiyinə görə, klub 4000 manat cərimə olunub. Matçın 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün, 5 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

Həmin kateqoriyadan