- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

AFFA apellyasiya arbitraj tribunalı “Sabah” – “Neftçi” oyunu ilə bağlı qərar qəbul edib. Allsport.az saytı xəbər verir ki, qərarda bunlar qeyd olunub:
“Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.
AFFA intizam komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə, 1 dekabr 2018-ci ildə, 2018/2019 mövsümündə, Topaz premyer liqasının 13-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyunu ilə bağlı “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilsin.