- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

“1-ci divizionda iştirak etmək üçün tələb olunan 3-illik fəaliyyət aradan qalxdı. Regionlar liqasında elə klub ola bilər ki, 1 il yaradılmasına rəğmən, yaxşı oyun və arxalı himayədarı ortaya qoysun”. Allsport.az saytının məlumatına görə bunu AFFA-nın baş katibi Sərxan Hacıyev dedi. Onun sözünə görə, gələn mövsüm premyer liqa komandalarının əvəzediciləri 1-ci diviziondan ayrılacaq:
“Yeni mövsümdə əvvəlki kimi “dubllar” ilə divizion klubları ayrı-ayrılıqda çıxış edəcəklər. Futbol ictimaiyyətində söhbət gəzir ki, eliyadan aşağı dəstəyə komanda düşməyəcək. Xeyr, belə deyil. Bu çempionatda premyer liqadan 1-ci diviziona 1 klub düşəcək və oradan 1 komanda elitaya yüksələcək”.