- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Dünya bazarında neftin ucuzlaşması AFFA-da da böhran yaradıb. Allsport.az saytı xəbər verir ki, qurum rəhbərliyi aylardır oyunlara göndərilən hakim inspektorlar, nümayəndələr və hakimlərin zəhmət haqqını vermir.
Supersport.az-a daxil olan məlumata görə, haqsızlıqla üzləşən şəxslər dəfələrlə AFFA-ya müraciət etsə də, onlara məhələ qoyan yoxdur: dörd aydır pul üzünə həsrət qalıblar. Bir oyuna görə baş hakimlərə 700, hakim inspektorlar və AFFA nümayəndələrinin hər birinə 250 manat ödənilməlidir.
Qurumun ayrı-seçkilik etdiyi də bildirilir. AFFA bəzi şəxslərin əmək haqqını ödəyir, əksəriyyətinə isə “pul yoxdur” deyir. Narazı təbəqə belə davam edərsə, qanun çərçivəsində addımlar atılacağını bəyan edib.