AFFA Böyükağa Hacıyevə milli komanda ilə bağlı danışmağı qadağa etdi

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevə susmağı tapşırıb. Allsport.az saytı xəbər verir ki, federasiya rəhbərliyi “Neftçi”nin keçmiş baş məşqçisinə Robert Prosineçki və millinin futbolçuları barədə danışmağı qadağan edib. Səbəb, “Xəzər”TV-nin efirində gedən populyar “Futbol saatı” proqramında Pavel Paşayev haqda söylədikləridir.

“Zəif” bu qış fasiləsində “Qəbələ”yə cəlb olunan və oynamaq şansı qazanmayan müdafiəçinin yığmaya tapşırıqla çağırılmasını iddia etmişdi. Bildirmişdi ki, klubunda təcrübə toplamayan Pavelin havadarı var və o, bu vasitəilə ölkənin bir nömrəli komandasına dəvət alır.

Bu açıqlamaya görə, AFFA-da iclas keçirilib. Hacıyevə danışdıqlarına diqqət etməsi, gizli məqamıarı açıqlamaması tapşırılıb. Qurum mənsublarını o qəzəbə gətirib ki, “Zəif” növbəti dəfə onları aldadıb.

Sportinfo.az-in məlumatına görə, Böyükağa xoca efirə çıxmazdan öncə federasiya rəsmilərinə telefon açaraq, “axşam verilişə baxarsız, hələ heç kim Prosineçkini mənim kimi belə dəstəkləməyib” deyib. Dediyi kimi ediblər və bir də onda ayılıblar ki, Hacıyev “Futbol saatı”nda AFFA-nın siyasətini sərt tənqid edib.

Həmin kateqoriyadan