- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib. Allsport.az saytı xəbər verir ki, AFFA Canni İnfantinonun namizədliyini dəstəkləyir.
Namizədlərdən biri UEFA-nın hazırkı baş katibi Canni İnfantinodur. UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) cənab İnfantino böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır. 2016-cı il yanvarın 19-da Canni İnfantino seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir:
1. İslahat və effektiv idarəetmə
2. Demokratiya və yardım
3. Futbolun inkişafı
Qeyd olunan proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar İnfantinoya öz dəstəklərini bildiriblər.
AFFA Canni İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edir.