- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və Məşqçilər Komitəsinin üzvlərinin iştirakı ilə bir neçə görüş keçirilib. Allsport.az xəbər verir ki, əvvəlcə baş katib Elxan Məmmədov millimizin baş məşqçisi Robert Prosineçkini və əcnəbi köməkçilərini qəbul edib.
Sonra Prosineçki Məşqçilər Komitəsinin üzvləri ilə, ardınca isə Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. Baş katiblə Məşqçilər Komitəsinin üzvləri arasında görüşdə 6-10 yaşlı uşaq komandalarının məşqçiləri üçün AFFA tərəfindən kursların təşkil olunması barədə qərar qəbul edilib. Məşqçilər Komitəsinin təqdimatına əsasən, Şakir Qəribov komitənin üzvü təyin olunub. Bundan əlavə, görüşdə aşağı yaş qruplarından ibarət yığma komandalarla və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə namizəd yerli və əcnəbi mütəxəssislərlə bağlı fikir mübadiləsi aparılıb.