- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, tanınmış vəkil Aslan İsmayılovu məhkəməyə vermələrinə münasibət bildirdi. Allsport.az saytı xəbər verir ki, o, məsələnin həll olunaraq qapandığını və bir daha buna dönmək istəmədiyini dedi:
“Həmin şəxs sosial şəbəkədə AFFA rəhbərliyini, işçilərini əsassız ittiham etmişdi. Sübutsuz, əsas olmadan belə açıqlamalar qeyri-peşəkarlıq deməkdir. Biz də susa bilmərik. Tanınmış insandır, televiziyalara çıxır, tez-tez açıqlama verir.
Bu üzdən belə ittihamlar biz tərəfdən qəbul olunmur. AFFA əməkdaşlarının əksəriyyəti fərdi olaraq onu məhkəməyə vermək istəyirdi. Hamı onu məhkəməyə vermək istəyirdi. Dedik ki, lazım deyil, qurum olaraq iddia qaldırdıq və məhkəməni udduq.
Əsassız kimsə kimisə ittiham edirsə, cavab verməlidir. Məhkəmə işi də təxminən 3 ay sürdü. Mən düşünürdüm ki, niyə belə uzun çəkdi? Məhkəmə yəqin ki, sübutları, əsasları gözləyirdi. Sonda düzgün, ədalətli qərar qəbul etdi”.