- Baxış sayı: 180
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 180
- Dekabr 05, 2025
- 0

Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir. Allsport.az xəbər verir ki, növbəti süni örtüklü meydançalar Bakı şəhəri, Nizami rayonunun ərazisində – Rüstəm Rüstəmov küçəsi 66 və Elçin Süleymanov küçəsi 112 ünvanında inşa olunaraq istifadəyə verilib.