- Baxış sayı: 8
- 27 Noyabr 2024 14:48
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA-nın İntizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib. “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb.
“Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, aparılan müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodistin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə, ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.
Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.
Xatırladaq ki, bir neçə gün öncə “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov da ömürlük cəzalandırılıb.