- Baxış sayı: 30
- 21 Aprel 2025 12:32
- Baxış sayı: 79
- Aprel 20, 2025
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Zaqatala” – “Xəzər” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində ev sahibinin futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 240 manat cərimə olunub.
“Şüvəlan” – “Mil-Muğan” matçında meydan sahibinın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 35-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 240 manat cərimə olunub.