- Baxış sayı: 18
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda premyer liqanın IV turu ilə bağlı aşağıdakı qərarlar verilib.
“Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.
“Keşlə” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb.
“Neftçi” – “Qəbələ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.