AFFA-dan cəzalar və cərimələr

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkə kubokunun 1/8 finalı və premyer liqanın 14-cü turunda oyunlarla bağlı qərarlar qəbul edilib.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Hərbçilər”in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat ziyana düşüb.

MOİK-in futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

“Hərbçilər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Zaqatala” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat ziyana düşüb.

Premyer liqanın XIV turunun “Qəbələ” – “Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

XIV turun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunub.

XIV turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan