AFFA-dan Premyer Liqa klublarına cəza və cərimələr

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Rəvan” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qarabağ” – “Sumqayıt” matçının 90+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Raydell Pupon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan