AFFA-dan rəsmi açıqlama: Ramil Şeydayevlə bağlı FIFA-nın qərarı gözləyirik

Türkiyənin “Trabzonspor” klubuna keçən Rusiyanın “Zenit” komandasının yetirməsi Ramil Şeydayevin Azərbaycan millisində yığmasında oynamaq istəməsi ilə bağlı AFFA da rəsmi məlumat yayıb. Allsport.az saytı xəbər verir ki, həmin yazıda bunlar qeyd olunub:

“Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.

Onun Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.

FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək”.

Həmin kateqoriyadan