AFFA “danışılmış oyunlara” görə 2 klub və 9 futbolçunu çempionatdan uzaqlaşdırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantının əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub. İcraiyyə komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib. 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)

İqrar Səmədov
Uce Cukenyere

“Rəvan” (Bakı)

Elvin Əliyev
Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)

Arzuman Vəliyev
Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)

Elvin Əlizadə
Kamran  Lalayev
Ruslan Həmidov

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” 1-ci diviziondan kənarlaşdırılıb. Hər iki klub görüşlərin  50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət veriləcək. 1-ci diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”,  “Energetik”,  “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da 1-ci diviziondan kənarlaşdırılacaq.

Hakim – Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.
“Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.

Həmin kateqoriyadan