- Baxış sayı: 20
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 78
- Dekabr 05, 2025
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
MOİK – “Bakılı” matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində “Bakılı”nın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılandan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində MOİK-in klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Şahdağ” – “Mil-Muğan” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.