- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun “Qarabağ” – “Neftçi” final oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Matçın 120-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Matçın 120-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Görüşün 120+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.