- Baxış sayı: 18
- 25 Noyabr 2024 19:46
- Baxış sayı: 58
- Noyabr 25, 2024
- 0
Allsport.az xəbər verir ki, intizam komitəsinin iclasında premyer liqanın 11-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Turan Tovuz” – “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra qonaq komandanın analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 ziyana düşüb. Sınaq müddəti 3 ay təyin olunub.
“Sumqayıt” – “Qəbələ” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “kimyaçılar” 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisi 800 manat geri düşüb.
“Neftçi” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” 700 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat ziyana uğrayıb. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi komandası 800 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununda muxtar respublika klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə, “köhlən atlar”ın da 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 700 manat ziyana düşüb.