- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Səməd Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib.
Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis, bu barədə “Fanatik” nəşrinə açıqlamasında deyib. O, danışıqların davam etdiyini bildirib:
“Maraq var, danışıqlar gedir. Amma hələ bir razılıq əldə olunmayıb. Danışıqlarımız davam edir”.
Səməd Aybaba məşqçi karyerası ərzində “Kayserispor”, “Beşikdaş”, “Adana Dəmirspor”, “Bursaspor”, “Sivasspor” kimi komandalarda baş məşqçilik edib.
Azərbaycan yığmasını hazırda Canni de Byazi çalışdırır. İtaliyalı mütəxəssisin müqaviləsi noyabrın sonuna qədərdir. Onun vəzifəsindən göndəriləcəyi gözlənilir.
Bundan əvvəl türkiyəli mütəxəssis Oqan Buruğun adı Azərbaycan millisi ilə hallanırdı.