AFFA neçə klubu cərimələdi?

Allsport.az xəbər verir ki, intizam komitəsinin iclasında premyer liqanın 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Turan Tovuz” – “Qarabağ” oyununda meydan sahiblərindən 5 futbolçu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna üçün, əlavə 800 manat ziyana düşüb.

“Səbail” – “Neftçi” görüşü bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “dənizçilər” 800 manat cərimələnib.

“Kəpəz” – “Zirə” matçında “qartallar”ın 5 oyunçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat geri düşüb.

“Sabah” – “Sumqayıt” qarşılaşmasının 78-ci dəqiqəsində “bayquşlar”ın meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə, 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, lubu 1000 manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində meydan sahiblərinin 2 nömrəli futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komanda 800 manat cərimələnib.

Görüşün 60-cı dəqiqəsində “qara-qırmızılar”ın 72 nömrəli oyunçusu Osama Xalayla 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat ziyana uğrayıb.

Həmin kateqoriyadan