AFFA “Kəpəz”ə kəsdiyi cəriməni ləğv etdi

AFFA İntizam Komitəsinin 22 dekabr 2015-ci il tarixli iclasında Topaz Premyer Liqasının 18-ci turunun “Kəpəz” – “Neftçi” matçı haqqında çıxardığı qərara yenidən baxılması üçün “Kəpəz” klubu Apellyasiya və Ekspert Komitəsinə mürəciət etmişdi. Allsport.az xəbər verir ki, Apellyasiya və Ekspert Komitəsi müraciəti araşdırdıqdan sonra məsələyə yenidən baxılması üçün İntizam Komitəsinə göndərib.

İntizam Komitəsi məsələyə yenidən baxaraq, aşağıdakı qərarı qəbul edib:

“Oyun gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insident baş verib. Lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisə tez aradan qaldırılıb. Yuxarıda göstərilənlər və başa çatmış iki dövrənin yekununda “Kəpəz” klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında “Kəpəz” klubuna verilmiş cərimə ləğv olunur”.

Həmin kateqoriyadan