- Baxış sayı: 14
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Kəpəz” klubu bir neçə gündür məşqləri dayandırıb. Allsport.az saytı xəbər verir ki, durum heç də hava şəraiti ilə əlaqədar deyil. Səbəb, 3 aydır maaşların verilməməsidir.
AFFA tərəfindən himayə olunan klubun üzvlərinə hər dəfə maaşların ödəniləcəyi ilə bağlı vəd verilsə də, buna əməl edilmir. Qeyri-müəyyənlikdən bezən futbolçular məşqə çıxmaqdan imtina ediblər.
Elmar Vəliyev Gəncə şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra, oğlu Elmir Vəliyev də “Kəpəz”in müşahidə şurasının sədrliyindən istefa verib. İdman direktoru Elnur Camnalxanov da işini tərk edib. Hazırda Gəncə klubu rəhbərsiz qalıb.