- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Oyunun 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun bir qrup azarkeşi tərəfindən “Neftçi”nin azarkeşlərinə daş atılıb. Bu səbəbdən də “Kəpəz” klubu ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 5000 manat cərimə olunub.
“İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.