- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
Rusiyada oynayan həmyerlilərimizi milliyə cəlb etmək istəyən AFFA, bu dəfə “Krasnodar”a müraciət edib. Allsport.az saytı xəbər verir, assosiasiya klubda çıxış edən Ruslan Rzayevi “ay-ulduz”lu etmək istəyir.
Buna görə də Rusiya təmsilçisi ilə əlaqə qurulub. Amma qarşı tərəf həmyerlimizi buraxmaq fikrində olmadığını bildirib. Buna səbəb, onun Azərbaycan vətəndaşı alacağı təqdirdə, klubunda legioner sayılmasıdır.