AFFA millimizin 2 üzvünə ömürlük futbol məşğuliyyətə qadağa qoyub

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra aşağıdakı qərarlar çıxarılıb:

“Keşlə” klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyası müqabilində bu komandanın 2 futbolçusu, Nizami Hacıyevə ilə Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın apellyasiya arbitraj tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.

Həmin kateqoriyadan