- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA Azərbaycan millisinin baş meneceri postuna türkiyəli mütəxəssis dəvət etməyə hazırlaşır. Allsport.az xəbər verir ki, söhbət Süleyman Xurmadan gedir.
Mayın 28-də AFFA rəhbərliyi ilə türkiyəli mütəxəssis arasında Avstriyada görüş baş tutacaq. Hansı ki, millimiz hazırda orada təlim-məşq toplanışındadır. Türkiyə mətbuatının yazdığına görə, bu təyinatla AFFA prezidenti Rövnəq Abdullayev şəxsən özü maraqlanır.
Qeyd edək ki, Xurma əvvəllər “Kayserispor”, “Trabzonspor” kimi klublarda çalışıb. Maraqlıdır ki, “Kayserispor”da Xurma millimizin indiki baş məşqçisi Robert Prosineçki ilə birgə işləyib.