- Baxış sayı: 26
- 26 Noyabr 2024 10:05
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 34 və 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AzAL – “Zirə” matçında (34-cü tur) “təyyarəçilər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçının (34-cü tur) 90-cı dəqiqəsində ev sahibinin futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçının (35-ci tur) 73-cü dəqiqəsində bayraqdarın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
“Zirə” – “Kəpəz” matçında (35-ci tur) debütantın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Qarabağ” matçında “sarı-qırmızılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Eltun Yaqublu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.