- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Azərbaycanın milli futbol komandasının baş məşqçisi Robert Prosineçki əməliyyat olunub. Allsport.saytı Azərtac.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis uroloji əməliyyat keçirib.
Tibbi müdaxilə Prosineçkinin öz istəyi ilə Bakıdakı “Modern Hospital”da gerçəkləşib və uğurlu keçib. Əməliyyat sonrası baş məşqçi müvəqqəti olaraq reanimasiyaya yerləşdirilib. Hələ ki, onun nə vaxt xəstəxanadan buraxılacağı barədə məlumat verilməyib.
6 oyun milli komandamızın başında olan xorvatiyalı mütəxəssis ilk 4 matçda “ay-ulduzlular”ımıza xal qazandırsada, son 2 rəsmi görüşdə futbolçularımız italiyalı və bolqarıstanlı həmkarlarına uduzublar.