- Baxış sayı: 24
- 27 Noyabr 2024 15:55
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Martın 7-də AFFA-nın növbəti hesabat konfransı olacaq. Allsport.az saytı xəbər verir ki, toplantıdan dərhal sonra icraiyyə komitəsi yığışacaq. “Bulvar” mehmanxanasında keçiriləcək tədbir saat 10:00-da başlayacaq. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib (Konfransa giriş dəvətnamə ilə olacaq. KİV nümayəndələrinin tədbirdə iştirakı ilə bağlı qeydiyyat aparılacaq.):
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın yoxlama və təftiş komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı boş vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər