AFFA-nın müraciətinə müsbət cavab

UEFA, AFFA-nın lisenziyalaşdırma qrupunun “Şamaxı” klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətini cavablandırıb.

Allsport.az saytı xəbər verir ki, ali qurumun “Klubların lisenziyalaşdırılması və maliyyə feyr pley” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın klubların maliyyə nəzarəti üzrə orqanı tərəfindən müsbət qərar qəbul edilib.

Həmin kateqoriyadan