AFFA-nın texniki direktoru UEFA-nın konfransında iştirak edib

Almaniyanın paytaxtı Berlində milli komandaların məşqçiləri və texniki direktorlarının iştirakı ilə UEFA-nın 14-cü konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə bizdən AFFA-nın texniki direktoru Cahangir Həsənzadə iştirak edib.

Konfrans zamanı bu il Almaniyada təşkil edilən Avropa çempionatının texniki analizi aparılıb, gənc futbolçuların əsas milli komandalara yüksəlmək üçün inkişaf yolu müzakirə olunub.

Həmçinin təhsil və inkişaf strategiyası mövzusunda “vork shop” keçirilib.

Həmin kateqoriyadan