- Baxış sayı: 55
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 128
- Dekabr 19, 2025
- 0


AFFA-nın vitse-prezidenti, Mili məclisin deputatı Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının birinci vitse-prezidenti Mixail Kasabov ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüşdə 2 ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının keçirilməsi barədə səmərəli müzakirələr aparılıb. Eyni zamanda, görüşdə hər 2 ölkədə futbolun, o cümlədən uşaq futbolunun inkişafı sahəsində fikir mübadiləsi aparılıb.