- Baxış sayı: 28
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA-nın baş katibi dəyişib. Allsport.az saytı xəbər verir ki, bu barədə qərar icraiyyə komitəsinin iclasında verilib.
AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan konfransında nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, Avro-2020-nin və bununla bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.
Bundan əvvəl baş katib vəzifəsini AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov icra edirdi.