AFFA prezidenti Avro-2020-nin püşkatmasında iştirak edəcək

Dekabrın 2-də İrlandiya paytaxtı Dublinin konvensiya mərkəzində Avropa çempionatı-2020-nin seçmə mərhələsinin püşkatması olucaq.

Allsport.az saytı xəbər verir ki, saat 15:00-da başlayacaq mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, millinin baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın nətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə əməliyyat qrupunun layihə əlaqələndiricisi Könül Mehdiyeva və onun müavini, AFFA-nın infrastruktur direktoru Kamran Vəliyev iştirak edəcəklər.

Tədbirə yollanacaq AFFA nümayəndə heyətinin üzvləri Avro-2020 ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin iştirakçısı olacaqlar. Püşkatmadan bir gün öncə – dekabrın 1-də Dublində milli assosiasiyaların və mətbuat xidmətlərinin rəhbərləri üçün seminarlar keçiriləcək. Toplantılarda Elxan Məmmədov, Sərxan Hacıyev və Firuz Abdulla iştirak edəcəklər.

Xatırladaq ki, Avro-2020-nin 4 görüşü Bakı olimpiya stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.

Həmin kateqoriyadan