- Baxış sayı: 25
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Robert Prosineçki yenidən Azərbaycan millisinin baş məşqçisi ola bilər. Allsport.az “Milliyət”ə istinadən xəbər verir ki, AFFA “Beşikdaş”dan ayrılan Abdullah Ovçu ilə anlaşa bilmədiyi üçün xorvatiyalı çalışdırıcı ilə danışıq aparmağı düşünür.
Hazırda “Kayserispor”u çalışdıran Prosineçkinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. Maliyyə problemlərinə görə super liqa klubunda qalmaq istəməyən Prosineçki Azərbaycan millisini çalışdırmağa müsbət yanaşır.
Prosineçki ötən ilin oktyabr ayında federasiya rəsmiləri görüşmüş və təklifi qəbul etməmişdi. Türkiyə super liqası başa çatdıqdan sonra AFFA təcrübəli mütəxəssislə müqavilə imzalamağa çalışacaq. Bu dəfə xorvatiyalının razılaşacağı gözlənilir.
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.