- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Topaz premyer liqasının 14-cü turunun oyunları ilə bağlı qərarlar qəbul olunub:
“Sabah” – “Keşlə” matçında ev sahibinin 4, qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, hər iki klub 800 manat cərimələnib.
“Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “qırmızı-qaralar”dan Rauf Əliyev 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 55-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.
Oyunun 63-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə edilib.