- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Premyer liqanın 7-ci turunun “Qəbələ” – “Kəpəz” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Birinci divizionun ilk turunun “Xəzər” – “Mil-Muğan” matçının 60-cı dəqiqəsində qonaqların futbolçusu Viqar Əlibabayev 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Xəzər”in futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
Birinci Divizionun 1-ci turunun “Turan Tovuz” – “Şüvəlan” matçında meydan sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.