AFFA “Qəbələ”yə güzəştə getdi, Aleksey Qayın sarı vərəqəni ləğv etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi” və “Qəbələ” arasında baş tutan matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Matçın 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qay və oyunun 86-cı  dəqiqəsində “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalanıb.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Həmin kateqoriyadan