- Baxış sayı: 55
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 21-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb:
“Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində ev sahibindən Coşqun Diniyev və rəqib futbolçu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün, hər ikisi 3 oyunluq cəzalanıb, klubları 2400 manat cərimə olunub.
Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə cəzanın növbəti hissəsi qüvvəyə minəcək.