- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu portuqaliyalı yarımmüdafiəçisi Ruben Neveşi yeni müqaviləyə razı sala bilməyib.
Allsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yeni sözləşmədən imtina edərək karyerasını yenidən Avropada davam etdirmək niyyətindədir. Hazırda oyunçuya ən ciddi namizəd İngiltərənin “Mançester Yunayted” klubu hesab olunur.
2023-cü ildən “Əl-Hilal”da çıxış edən Neveş cari mövsümdə keçirdiyi 15 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.