- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın və Azərbaycan yığmasının üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.
Allsport.az xəbər verir ki, 31 yaşlı qapıçı “İsarpark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.
Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.