- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra Topaz premyer liqasının oyunları ilə bağlı bu qərarlar çıxarılıb:
2-ci turun “Zirə” – “Keşlə” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 800 manat cərimə yazılıb.
3-cü turun “Zirə” – “Sabah” matçında “qartallar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
3-cü turun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində qonaq futbolçu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün, 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.
3-cü turun “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “köhlən atlılar”ın azarkeşləri tərəfindən meydanya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.