AFFA rəhbərliyi milliyə xeyir-dua verib

Bu gün AFFA-nın vitse-prezidentləri Rauf ƏliyevVaqif Sadıqov, baş katib Sərxan Hacıyev və texniki direktor Cahangir Həsənzadə Türkiyənin Konya şəhərində5-ci İslam həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan seçməsinin üzvləri ilə görüşüblər.

Allsport.az saytı xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa arena”nın ərazisindəki millinin məşq mərkəzində AFFA rəsmiləri çıxış edərək millinin üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Baş məşqçi Samir Əliyev AFFA rəhbərliyinin göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Komandamız İslam oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, 10-da İran, 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.

Həmin kateqoriyadan