AFFA rəsmiləri U-19 millisi ilə görüşüb

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev 19 yaşadək futbolçulardan millinin üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, AFFA rəsmiləri millimizə Avropa çempionatının seçməsində keçirəcək oyunlarda uğurlar arzulayıb.

Komandanın baş məşqçisi Miloş Velebit təşəkkür edib, bu mərhələdə uğurlu nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. Görüşdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

U-19 sentyabrın 21-də Bolqarıstan, 24-də Türkiyə, 27-də isə Lüksemburq yığmaları ilə qarşılaşacaq.

Həmin kateqoriyadan