AFFA Rauf Əliyevi oyun oyun cəzalandırdı, “Kəpəz”i 4200 manat cərimələdi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 4-cü turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunub. Həmçinin meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimələnib.

“Qarabağ” – “Şamaxı” oyununda Ağdam klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Səbail” – “Kəpəz” oyununda qonaq futbolçu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalanıb. Klub isə 4000 manat ziyana düşüb.

Gəncə komandasının futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimələnib.

“Qəbələ” – “Sabah” oyununda ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Qırmızı-qaralar”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün isə klub 4000 manat cərimələnib.

Həmin kateqoriyadan