AFFA Robert Prosineçki ilə müqaviləni uzatmadı – xorvatiyalı mütəxəssis millimizdən ayrıldı

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə millimizin baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə, xorvatiyalı mütəxəssislə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi “ay-ulduzlular”ımız baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə qonağa minnətdarlığını bildirib və gələcək karyerasında ona uğurlar arzulayıb.

Xatırladaq ki, yığmamız Robert Prosineçkinin rəhbərliyi ilə DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

Həmin kateqoriyadan