- Baxış sayı: 28
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 223
- Dekabr 05, 2025
- 0

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra premyer liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sabah” – “Qarabağ” matçında ev sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sabah”ın futbolçusu Erik Ramos 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Səbail” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.