AFFA və UEFA arasında məsləhətləşmələr

Xəbər verdiyimiz kimi, U-17 Avropa çempionatının seçməsində Belçikada səfərdə olan Azərbaycan millisinin 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) – COVİD-19 testi pozitiv nəticələnib.

Allsport.az saytı xəbər verir ki, Belçikanın daxili qanunları nəzərə alınaraq, komanda üzvlərimiz hazırda qaldıqları oteldə karantin rejimindədir.

Millimizin seçmə mərhələdə keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır və qəbul olunacaq yekun qərar barədə oktyabrın 8-də məlumat veriləcək.

Həmin kateqoriyadan