- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

Bir neçə ildir əməkdaşlıq edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və UNICEF arasında növbəti müqavilə imzalanıb. Allsport.az xəbər verir ki, hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır.
Əməkdaşlıq çərçivəsində AFFA və UNICEF uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparılacaq.
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA-UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb.
Qeyd edək ki, bu gün Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyənnaməsi”, 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası” qəbul edib.